Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-29 11:38:56
“Akademiya yalnız bu zaman gəlir qazana bilər, indi isə heç bir irəliləyiş yoxdu” – Fazil Mustafa

“Bildiyim qədərilə, hazırda Azərbaycanda elmi uğurlarla bağlı heç bir irəliləyiş müşahidə olunmur. Ona görə, hansısa müəssisələrin icarəyə verilməsi ilə gəliri təmin etmək olmaz. Akademiya əsasən, elmi biliklərin əsas götürüldüyü bir sistemdir. Mövcud mühit isə orada elmli şəxslərin ortaya çıxmasına imkan vermir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında deputat Fazil Mustafa deyib. Qeyd edək ki, AMEA-nın Rəyasət heyətinin iclaslarında, eləcə də illik hesabatında, həmçinin, yeni AMEA prezidenti seçkilərində akademik Akif Əlizadə başda olmaqla, bir qrup alimlər elmi qurumun gələcəkdə böyük gəlirlər əldə etmə potensialından danışıblar. Mövcud reallıqlar zamanı bunu həyata keçirmək nə dərəcədə mümkündür?

Millət vəkili hazırda AMEA-nın bu yükü qaldıra bilməsini inandırıcı saymır:

 “Akademiyanın növbəti illər ərzində gəlirinin müəyyən hissəsini özü hasil etməsi real görünmür. Çünki Akademiya gəlirini o  vaxt özü hasil edə bilər ki, cəmiyyətdə elmin inkişafının bariz simptomları olsun və hansısa paket və təkliflərdən irəli gələn qazanclar hesabına xərcləri qarşılamaq və gəlir əldə etmək mümkünləşsin. Bildiyim qədərilə hazırda Azərbaycanda elmi uğurlarla bağlı heç bir irəliləyiş müşahidə olunmur. Ona görə, hansısa müəssisələrin icarəyə verilməsi ilə gəliri təmin etmək olmaz. Akademiya əsasən elmi biliklərin əsas götürüldüyü bir sistemdir. Mövcud mühit isə orada elmli şəxslərin ortaya çıxmasına imkan vermir. Nəticədə bu sahədə kifayət qədər natamamlıqların olduğu göz qabağındadır”.

Qeyd edək ki,  Akif Əlizadə Akademiyanın Yüksək Texnologiyalar Parkının infrastrukturu tam yaradılandan sonra akademiya büdcədən kənar vəsait qazanacağını və Azərbaycan elmi büdcədən kənar maliyyə hesabına inkişaf edəcəyini bildirib.