Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-09 13:52:00
Şagirdlərin yerdəyişməsi ilə bağlı sorğuların tamamlanması yanvarın 13-dək davam edəcək

Şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti olaraq dayandırılıb.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, portalda mövcud sorğuların tamamlanması prosesi yanvarın 13-ü saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərini əvvəl oxuduqları məktəbdən götürərək yerdəyişmə etmək üçün seçdikləri məktəbə təqdim etməlidirlər.

 

Xatırladaq ki, sorğuların qəbulunun müvəqqəti dayandırılması II yarımil üzrə siniflərin komplektləşdirilməsi ilə bağlıdır. Proqram təminatının açılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.