Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-07 12:36:00
BMU tələbələri üçün təlim proqramında iştirak etmə fürsəti

Azərbaycan Respublikasının Mərkəzi Bankı və bir sıra bank-maliyyə qurumları tərəfindən həyata keçirilən “Maliyyə savadlılığı” silsilə tədbirləri çərçivəsində 25 yanvar-2 aprel 2021-ci il tarixlərində tələbələr üçün “Maliyyə savadlılığı: Peşəkar karyeraya aparan yol” adlı təlim proqramı həyata keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, Bakı Mühəndislik Universitetinin (BMU) maliyyə-iqtisadiyyat sahəsində təhsil alan IV kurs və magistr tələbələri bu proqramda iştirak edə bilər.

 

Təlim proqramı 2 mərhələdən ibarətdir. 25 yanvar-26 fevral tarixlərində Mərkəzi Bank tərəfindən hazırlanmış onlayn kursları uğurla başa vurub sertifikat əldə etmiş tələbələr ikinci mərhələdə iştirak etmək hüququ əldə edəcəklər. İkinci mərhələdə isə tələbələr Mərkəzi Bankın bank-maliyyə qurumları ilə birgə təşkil etdiyi seminarlarda iştirak etmək imkanı qazanacaqlar.

 

Maraqlanan şəxslər qeydiyyat üçün CV-lərini 18 yanvar 2021-ci il tarixinədək [email protected] ünvanına göndərməlidirlər. Əlavə suallar yarandığı halda +994 12 4935058 (daxili 767) nömrəsi ilə əlaqə saxlamaq (bazar ertəsi və çərşənbə günləri, saat 10:00-dan 17:00-dək) mümkündür.

 

Qeyd: Təlimlərin virtual və ya fiziki keçirilməsi həmin tarixlərdəki şəraitə uyğun olaraq müəyyən ediləcək.