Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-06 16:09:00
UNEC-in gənc müəlliminin məqaləsi Web of science bazasında dərc edilib    

UNEC-in SABAH qrupunun gənc müəllimi Nuray Rza-zadənin “Azərbaycanda otel sektorunun risklərinin strateji idarə edilməsinin institusional aspektləri” adlı elmi məqaləsi Web of science bazasına daxil olan “Journal of İnstitutional Studies” jurnalında dərc edilib.

 

AzEdu.az xəbər verir ki, UNEC-in gənc müəllimi məqalədə Azərbaycanda son illərin aktual sektorlarından olan turizm sahəsində qonaqlama evlərinin, otellərin xarici mühüt dəyişikliklərini nəzərə alaraq, onların yenilənmə və inkişaf strategiyasını araşdırıb. Eləcə də bu sahənin inkişafını mərhələli şəkildə təhlil edərək, ekspertlər tərəfindən qiymətləndirmə üsulu, statistik analiz və müxtəlif imperik təhqiqatlar vasitəsi ilə riskləri proqnozlaşdırıb və postpandemiya dövrundə (Covid-19) bu sektorun canlanmasına dair təkliflər irəli sürüb.