Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-05 18:00:00
“Gələcəyin mühəndisi -1” onlayn olimpiadasının qaliblərinin mükafatları təqdim olundu - FOTOLAR

Azərbaycan Texniki Universitetində (AzTU)  mayın 31-də keçirilən  “Gələcəyin mühəndisi -1” onlayn olimpiadasının qaliblərinin mükafatları təqdim olunub.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, pandemiya şəraitində dəfələrlə sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar olaraq bölgələrdən olan iştirakçıların hədiyyələri müvafiq vaxtlarda universitetin məsul şəxsləri vasitəsilə onlara çatdırılıb.

 

Qeyd edək ki, olimpiadada Bakıdan və Azərbaycanın digər bölgələrindən I ixtisas qrupu üzrə ali məktəbə hazırlaşan 185 nəfər XI sinif şagirdi iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, birinci yerə bir, ikinci yerə iki, üçüncü yerə üç, dördüncü yerə dörd, həvəsləndirici yerə isə iki şagird layiq görülüb.