Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-30 11:02:00
Koronavirusa qarşı yeni vasitə: Ölümlərin qarşısı alına bilər  

 

Böyük Britaniya alimləri koronavirusun müalicəsində anticismlərdən istifadə etməklə yeni üsulun sınaqlarına başlayıblar.

 

Onun effektli olduğu sübut edilərsə, SARS-CoV-2-yə yoluxanlar COVID-19-un irəliləməsinə qarşı qorunma əldə edəcək.

 

AzEdu.az-ın məlumatına görə, bu barədə “Science Alert” xəbər verir.

 

“AZD7442” dərmanı “University College London Hospital” və “AstraZeneca” mütəxəssisləri tərəfindən yaradılıb.

 

“AZD8895” və “AZD1061” monoklonal anticismlər birləşərək, SARS-CoV-2 sünbül zülalının reseptorla bağlanma sahəsini hədəf alır. Koronavirus zülalının bu hissəsinə yapışan anticismlər virusun hüceyrəyə bağlanmasına və ona daha da daxil olmasına maneə törədir.

 

Alimlər aticismlərə onların təsir müddətlərini artıran (6-12 aya qədər) və həmçinin, xəstəliyin antikora bağlı ağırlaşma riskini azaldan dəyişikliklər ediblər.

 

Tədqiqatçılar ümid edirlər ki, bu, koronavirusa məruz qalan insanlarda COVID-19 simptomlarının irəliləməsinin qarşısının alınmasına kömək edəcək. Bu cür profilaktika, məsələn, qocalar evində saxlanılan yaşlı insanların həyatını xilas etməyə imkan verəcək.