Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-29 15:41:00
Coğrafiya fənni üzrə MİQ hazırlığının faydalı və doğru yönləri – Təlimçidən tövsiyələr  

 

Yaxın günlərdə MİQ müsabiqəsinin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifəsinə göndəriləcək.

 

Namizədlər artıq qarşıdakı MİQ müsabiqəsinin test imtahan mərhələsinə hazırlaşmaq barəsində düşünürlər.

 

MİQ müsabiqəsində uğur qazanmaq üçün necə hazırlaşmaq lazımdır? Müdavimlər hansı detallara xüsusi diqqət etməlidirlər?

 

“MİQ müsabiqəsinə hazırlaşan namizədlər çalışırlar ki, ötən il yüksək nəticə toplayan müəllimlərin hazırlıq üsullarını öyrənib təkrar etsinlər.

 

Bu, yanlışdır. Şagirdlərdə olduğu kimi yetkin insanların da özünəməxsus qavrama və anlama tərzləri var. Əsas məqam Təhsil Nazirliyinin nəşr etdirdiyi vəsaitlərə müraciət etməkdir. Çünki müəllim hansısa məktəbə qəbul olub dərs dediyi zaman nazirliyin kitabları əsasında işləyəcək”.

 

AzEdu.az xəbər verir ki, bunu MİQ imtahanında rekord bal toplayan coğrafiya müəllimi Dilbər Həsənova bildirib. O, imtahanda qapalı suallarla yanaşı açıq sualların da salınmasını təklif edir:

 

“Həmçinin, nəzəriyyə ilə yanaşı testlərə üstünlük verilməlidir. Bir müəllim olaraq düşünürəm ki, MİQ müsabiqəsində qapalı test tapşırıqları ilə yanaşı açıq tipli suallar da yer alsın. Açıq tipli suallar mövzunun əhatəli mənimsənilməsinə səbəb olur.

 

Müəllimlər hazırlıq müddətində1-2 kitabdan deyil, bir neçə vəsaitdən faydalanmalıdırlar. Bəzən bir dərslikdə olan material digərində olmur və boşluğun yaranmaması üçün xeyli vəsaitdən istifadədə yarar var”.

 

O, MİQ müsabiqəsinə hazırlaşan namizədlərin hər mövzuya xüsusi hazırlaşmasının  gərəkliliyini vurğuladı:

 

“Müdavimlərin hansı formada hazırlaşacağı özlərindən asılıdır-Tədris mərkəzlərində, özəl müəllimlərlə və ya fərdi formada.

 

Müəllimlə birgə hazırlaşırlarsa, verilən materialları yaxşı öyrənib dərsə tam hazır qatılmalıdırlar. Bu formada davam etsələr, nəticədən məmnun qalacaqlar. Müdavimin öz üzərində çox işləməsi ən vacib detaldır”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları