Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-29 11:10:00
Şagirdlər haqqında məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi müddəti UZADILIR

“Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarına əsasən ölkə ərazisində bir sıra iş və xidmət sahələrinin fəaliyyəti dayandırılıb, habelə bir sıra dövlət orqanlarının, o cümlədən idarə, müəssisə və təşkilatların fəaliyyəti məhdudlaşdırılıb, həmçinin respublikanın bir sıra şəhər və rayonlarında vətəndaşların hərəkətinə məhdudiyyət tətbiq edilib.

 

Mərkəzdən AzEdu.az-a verilən məlumata əsasən, bununla əlaqədar vətəndaşların üzləşə biləcəyi əlavə çətinliklərin qarşısının alınması məqsədilə ölkədə tətbiq edilmiş sərtləşdirilmiş karantin rejimi nəzərə alınmaqla Təhsil Nazirliyi ilə qarşılıqlı razılığa əsasən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən buraxılış sinif şagirdlərinin fərdi və təhsilə aid məlumatlarının “Şagird-məzun” sisteminə əlavə edilməsi zamanı bir sıra dəyişikliklər nəzərdə tutulub.

 

Bildirilib ki, fərdi məlumatları “Şagird-məzun” sisteminə artıq daxil edilərək qeydiyyatdan keçmiş, lakin şəxsiyyətini təsdiq edən sənədinin etibarlılıq müddəti bitən şagirdlər həmin sənədlə buraxılış imtahanlarında iştirak edə biləcək. 2020-ci il sentyabrın 1-dən sonrakı müddətdə şəxsiyyətini təsdiq edən sənədinin etibarlılıq müddəti bitən şagirdlərin müvafiq məlumatlarının həmin sənəddə göstərilən şəkildə "Şagird-məzun" sisteminə daxil edilməsi mümkün olacaq. Buraxılış sinif şagirdləri haqqında məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi müddəti 2021-ci il fevral ayının sonunadək uzadılacaq.