Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-27 15:50:00
Milli Qəhrəmanın şəxsi materialları muzeyə verilib

Azərbaycanın Milli Qəhrəmanı Eldar Xəlilovun şəxsi materialları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə verilib.

Muzeydən AzEdu.az-a bildiriblər ki, həmin materiallar arasında Eldar Xəlilovun hərbi geyimləri, cib kitabçası, üzüyü və digər şəxsi əşyaları, eləcə də Milli Qəhrəman haqqında nəşr edilmiş kitablar var.

Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 aprel tarixli Fərmanı ilə dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı göstərdiyi qəhrəmanlıq və şücaətinə görə Eldar Xəlilov (ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.