Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-27 15:00:00
“10 bal toplayan müəllimlə 40 bal toplayanı eyni qrupa yığmaq olmaz” - Təlimçidən İRAD  

“Yaxın günlərdə müəllimlər üçün daha geniş əhatə dairəsində ixtisasartırma təlimləri başlayacaq”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun və Təhsildə İnnovativ Texnologiyalar üzrə əlavə təhsil mərkəzinin təlimçisi Cavad Cavadov deyib.

Onun sözlərinə görə, müəllimlərin bu təlimlərdə iştirakı çox vacibdir:

“Təlimlər bəzi rayonlarda artıq başlayıb. Müəllimlərə səslənib deyirəm ki, təlimlərdə iştiraka özünüzü məcbur etməyin,  motivə edin. Məcburiyyətdən iştirak edilən təlimin heç bir effekti olmayacaq. Həvəslə yanaşılan təlim fayda verə  bilər.

Rayon Təhsil Şöbəsinin əməkdaşları , müəllimləri təlim qruplarına bölərkən onların bilik səviyyələrini nəzərə almalıdırlar. 10 bal toplayanla 40 bal toplayanı eyni qrupa yığmaq olmaz. Eyni səviyyəli müəllimlərin eyni qrupda olması daha effektivdir”.

Cavad Cavadov təlimçilərə də səslənib:

“Özünü müəllimdən bir pillə yuxarıda görən təlimçi müəllim üçün faydalı ola bilməz. Onun keçdiyi təlimin də heç bir nəticəsi olmayacaq. Təlimçi yalnız müəllimlə əməkdaş olaraq yaxşı təlim keçə bilər”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları