Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-20 11:15:00
Koronavirusu yüngül, yoxsa orta keçirirsiz? - Necə bilməli?    

Koronavirus infeksiyasının payız mutasiyası aqressivliyi və daha sürətli inkişafı ilə özünü göstərir.


AzEdu.az xəbər verir ki, evdə müalicə alan yüngül xəstələr də 6 gün içində orta-ağır dərəcəyə keçə bilər.

 

Qeyd edək ki, insan virusu orqanizminə buraxdıqdan sonra 3-8 gün ərzində hələ yoluxduğunu bilməyə, özünü normal hiss edə bilər. Amma bu zaman o, ailəsi və ətrafı üçün təhlükəli olur.


Xəstəliyin yüngül, orta və ağır mərhələsinin öz əlamətləri olur:

Yüngül forma

– Hərarət 37,2- 38 arası dəyişir

- Saturasiya – yəni qanda oksigenin miqdarı – 97-98 faiz

- Tənəffüs tezliyi – yəni nəfəslma say dəqiqədə – 20-ə qədər

Orta forma

– Hərarət 38-dərəcədən yuxarı

- Hədsiz halsızlıq

- Saturasiya – 93-95

- Tənəffüs sayı – 22-dən yuxarı

- Təngnəfəslik

- Kt müayinədə ağciyərlərin zədələnməsi – 10-20 faiz

- Qanda C reaktiv zülal göstərici – 10 mq –dan yuxarı

Ağır forma

- Hərarət – 39-40

- Tənəffüs sayı – dəqiqədə 30-a çatır

- Saturasiya – 93 və daha aşağı

- Təzyiq 90/60-a düşür və ya çox qalxır

- Ağciyərlərin zədələnməsi – 30-40%

- Ciddi təngnəfəslik, huşun itməsi dərəcəsində halsızlıq.

Saglamolun.Az