Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-18 13:36:00
Azərbaycanda kütləvi peyvəndləmə bu tarixdə başlayacaq – Prezident AÇIQLADI  

Azərbaycanda koronavirusa qarşı vaksinasiya proqramına gələn ilin əvvəlindən başlaması planlaşdırılır.

 

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev MDB dövlət başçılarının video-konfrans formatında keçirilən sammitində çıxışında deyib.

 

Prezident peyvəndlənmənin könüllü olacağını, dövlət hesabına aparılacağını bildirib.  

 

Dövlət başçısı vaksinasiyaya dair strategiyanın hazırlandığını qeyd edib.