Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-16 14:14:00
Təxirə salınan İELTS imtahanı nə zaman keçiriləcək?- Mərkəzdən cavab

AzEdu.az xəbər verir ki, İDP İELTS Barattson test mərkəzində keçirilən keçiriləcək İELTS imtahanları koronavirus səbəbiylə təxirə salınıb. Mərkəzdən bildirilib ki, 14 dekabrdan etibarən dövlət qurumları tərəfindən fəaliyyətinə məhdudiyyət qoyulub. Hazırda rəsmi qurumlardan cavab gözlənilir.

 

“Tərəfimizdən Prezident Administrasiyası, Təhsil Nazirliyi, Operativ Qərargah və digər dövlət qurumlarına yönləndirilən sorğulara tam olaraq mənfi cavab verilməsə də, müsbət cavab da ala biləməmişik. Bu səbəbdən fəaliyyətimizin 18.01.2021 tarixinədək bərpa olunmama ehtimalını nəzərdə saxlamağınızı istərdik”.

 

Həmçinin qeyd olunub ki, mərkəzin fəaliyyəti bərpa olunmazsa, namizədlər  imtahan tarixini transfer edə və ya ləğv edə bilərlər. Ləğv etmə zamanı ödənişinizi tam geri ala biləcəksiniz.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları