Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-18 16:27:00
Virtual məktəb mütəxəssisi bədbin danışdı: "Başqa çarəmiz yoxdur"

“Virtual məktəb platformasında  internet və kompüter biliyi vacib olduğu üçün   bu istiqamətdə Təhsil Nazirliyi edə biləcəyi, hər şeyi edib.  Müəllim, şagird və valideynin İKT biliyi lazımdır ki, həmin platforma daha çox insan tərəfindən istifadə olunsun, qiymətləndirmə də, dərslər də düzgün keçirilsin”.

 

Bunu Azedu.az-a Virtual məktəbdən istifadə  müəllimlər və şagirdlər haqqında danışan Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov deyib.  Onun sözlərinə görə bir qisim müəllimlər bu proqramı öyrənməkdə çətinlik çəkir.

 

“Müəllimlər istənilən bir sayta girməkdə,” Google”də axtarış etməkdə müəyyən  obyektiv və subyektiv (bu müəllimin yaşı ilə də əlaqədar ola bilər) səbəblərdən çətinlik çəkirlər.   2000-ci nəsil  şagirdləri Z (zet) nəsli sayılır, onun üçün İKT-dən istifadə etmək asandır.  Bir dövrün insanı üçün istifadə çətin göründüyü üçün öyrənə də bilmir.

Təhsil Nazirliyi Virtual məktəb platformasının vacib istifadə qaydalarını videoformatda təqdim edib,amma yenə də görürük ki, şagirdlərin, valideynlərin, müəllimlərin bir qismi istifadə edə bilmədiyinə görə dərslərdən kənarda qalır.  Məsələn, tutaq ki, kimsə Teams proqramını müəllimin kompüterinə quraşdırıb, birtəhər qoşula bilib, amma dərsi aparmaq üçün də texniki tərəfləri bilmək lazımdır: ekran bölüşdürmək, şagirdlərin mikrofonun bağlamaq və açmaq və s. Bunların hamısını etmək üçün aşağı səviyyədə İKT biliyi gərəkdir.  Müəllim bunu bilmədiyi zaman dərs effektiv olmur, şagirdlər mikrofanu açıb nəsə danışanda müəllim sıxılır, bəziləri müəllimlərin hesablarını ələ keçirir, onların paylaşdıqları ekrana yazılar yazırlar”.

 

“Keyfiyyətə nəzarəti direktor edir, proqrama qoşulur, görür ki, müəllim  dərsi keçir, Bəs müəllim şagirdi görürmü? Xeyr, görmür”.

 Q. Məmmərrov bildirib ki, şagirdlər müxtəlif yollara əl atmaqla dərs prosesinə mane olmaqla yanaşı, qiymətləndirmə prinsiplərin də pozurlar:

 

“Qiymətləndirmə zamanı internetim zəifdir, kamera bağlıdır və s. bəhanələr gətirərək “Google”də sualların cavablarını araşdırıb yazırlar. Bununla da qiymətləndirmənin ədalətliyi , şəffaflığı prinsipi pozulur. Yəni onlayn dərs çox müsbət cəhət sayıldığı kimi, çox mənfi cəhət də hesab oluna bilər. Burda keyfiyyətə nəzarəti direktor edir, proqrama qoşulur, görür ki, müəllim  dərsi keçir, Bəs müəllim şagirdi görürmü? Xeyr, görmür.

Şagirdin ya interneti , ya qurğusu yoxdur,  hər ikisi varsa, bacarığı yoxdur. Valideyni də öyrədə bilmir. Bizim üçün sadə görünə bilər, amma həqiqətən də bəzi adamlar öyrənməkdə çətinlik çəkir.  İnternet üzərində aparılan tədrisin keyfiyyəti birbaşa İKT biliyinə bağlıdır”.

 

Təhsil mütəxəssisi müəllimləri, valideynləri və şagirdləri dövrün tələblərinə adaptasiya olunmağa  səsləyib:

 

“Bizim indi gözləməkdən başqa çarəmiz yoxdur. Sanki təbiətin qanunudur. Bir qisim insanlar  öyrənəcək, adaptasiya olacaq, irəli gedəcək, bəziləri isə çıxdaş olacaq. Ona görə də mən müəllimlərə, şagirdlərə, valideynlərə  bildirirəm ki, biz bu prosesə adaptasiya olmalıyıq.  Sistem onsuz da dünyanın bütün ölkələrində belədir. Çində, Türkiyədə görülən işlər təxminin Azərbaycanda görülən işlərə bərabərdir.  Bizim onlayn dərs platformamız dünyanın ən qabaqcıl proqramının Microsoft üzərində qurulub”.

 

“Proqrama ilk girən insan üçün daha da təkmilləşdirilə bilər.  Funskiyalar “bağırmır ki, mən burdayam”. Çəkilən videotəlimatlar çox insana çatdırmaq üçün televiziyada verilə bilər. Müəllimlərin çoxu video.edu.az saytından, orda paylaşılan videolardan xəbərsizdir”-deyə təhsil mütəxəssisi Q. Məhərrəmov sözlərinə əlavə edib.