Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-15 13:21:00
COVİD-19-a qarşı peyvəndləmədə müəllimlərə öncəlik veriləcək–Nazir AÇIQLADI

 

Türkiyənin  Təhsil  naziri  Ziya  Səlcuq  bir  layihə  çərçivəsində  müəllimlərlə  görüşüb.

 

AzEdu.az  xəbər  verir  ki,  Təhsil  naziri  koronavirusa  qarşı  peyvəndləmə prosesində  müəllimlərə  öncəlik  verilməsi  istiqamətində  işlədiklərini  bildirib.

 

Görüş  zamanı  müəllimlərin  koronavirusa  qarşı  ilk  peyvənd  olunacaq  qruplar  arasında  yer  ala  bilməsi  ilə  bağlı  Təhsil  nazirinə  sual  ünvanlanıb. Nazir  isə  bu  istiqamətdə  ciddi  işlər  görüldüyünü   bildirib:

 

“Bu  mövzu  ilə  bağlı  müzakirələr  davam  edir  və  müsbət  nəticələr  var. İnşallah  dəqiq  qərar  verildikdə  hər  birinizə  xəbər  veriləcək. Siz  müəllimlər  bizim   üçün  çox  dəyərlisiniz. Çünki  sizlərin  sayəsində  övladlarımızla  birlikdə  bu  ölkənin  gələcəyini  inşa  edirik. Övladlarımızın  üzündəki  təbəssümü  sizlərə  borcluyuq. Bu  səbəblə  peyvəndin  tətbiqi  prosesində  müəllimlərimizə  öncəlik  verilməsi  üçün  əlimizdən  gələni  edirik. Ən  qısa  zamanda  müsbət  nəticə  alacağımıza  ümüd  edirəm” – deyə  nazir  bildirib.