Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-13 14:16:00
"Dərs vaxtı" proqramının sabahkı yayım vaxtında dəyişiklik edildi

"Dərs vaxtı" izləyicilərinin nəzərinə! Dekabrın 14-də "Mədəniyyət" telekanalında profilaktika işləri həyata keçiriləcəyindən "Dərs vaxtı" proqramının yayım vaxtında dəyişiklik edilib.

 

Bu barədə AzEdu.az-aTəhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin gün teledərslər saat 14:00-dan etibarən yayımlanacaq. "Dərs vaxtı" proqramının müvafiq cədvəli "Dərs vaxtı"nın "Facebook" səhifəsində (https://www.facebook.com/dersvaxti.edu.az/) paylaşılacaq. Qeyd edək ki, "Mədəniyyət" və "ARB Günəş" tekekanallarında yayımlanan “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.