Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-11 16:00:00
“Dərs vaxtı” proqramında “Virtual məktəb” dərsləri keçiləcək-RƏSMİ

“Növbəti həftədən etibarən “Dərs vaxtı” proqramında “Virtual məktəb” dərslərinin yayımına start veriləcək”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. O, dərslərdə ən çox verilən sulların cavablandırılacağını da bildirdi:

 

 “Dərslərdə "Virtual məktəb"lə bağlı müraciətlər təhlil edilərək, ən çox verilən suallar cavablandırılacaq  və platformadan səmərəli istifadə ilə bağlı təlimatlar təqdim olunacaqdır.

Həftədə iki dəfə yayımlanacaq dərslərin efir vaxtı ilə “Dərs vaxtı” proqramının gündəlik cədvəlində tanış ola bilərsiniz”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları