Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-10 12:53:00
İbtidai sinif müəllimləri üçün onlayn ixtisasartırma təlimləri

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimləri üçün onlayn ixtisasartırma təlimləri keçirilir.

 

AzEdu.az xəbər verir ki, təlimlərin əsas məqsədi müəllimlərin ibtidai sinif şagirdlərində oxu vərdişlərinin formalaşdırılması, oxuyub-anlama, yazılı mətnlər üzərində işləmə qabiliyyətlərinin üzə çıxarılması, onlayn dərslərin təşkili metodikası üzrə bilik və bacarıqlarının artırılması, eyni zamanda, onlara metodiki dəstəyin göstərilməsindən ibarətdir.

 

“Yerlərdə metodistlərin hazırlanması məqsədilə müəllimlərin metodik bilik və bacarıqlarının inkişaf etdirilməsi”, “Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası” və “İbtidai təhsil səviyyəsində distant təhsilin təşkili metodikası” mövzularında təlimlərdə Bakının 12 inzibati rayonu üzrə ibtidai sinif müəllimləri iştirak edir.

 

Fəal metodlar əsasında keçirilən təlimlərin yekununda ibtidai sinif müəllimlərinin bilikləri diaqnostik, summativ və formativ qiymətləndirilmə ilə yoxlanılacaq.

 

Müəllimlərin yekun qiymətləndirilməsi Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzi tərəfindən aparılacaq. Yekun qiymətləndirmənin nəticələrinə əsasən, ibtidai sinif müəllimlərinə ixtisasartırma təhsili haqqında sertifikat təqdim olunacaq.