Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-08 17:20:00
Rektor Elmar Qasımov tələbələri təbrik etdi  

Bakı Ali Neft Məktəbinin 3 məzunu SOCAR-ın Türkiyədə yerləşən Star və Petkim zavodlarında işə qəbul olunub. Belə ki, Ali Məktəbin məzunları Kənan Sadıqov, Sənan Həsənzadə və Ləman Bədəlbəyli (2018-ci il məzunu) intellektual potensialları və bacarıqları ilə işə qəbul prosesini uğurla keçiblər. Bu da Ali Məktəbdə onlara öyrədilən fundamental, yüksək keyfiyyətli tədrisin bəhrəsidir.

 

AzEdu.az xəbər verir ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov işə qəbul olunan məzunları təbrik edərək onların qısa zamanda yüksəkixtisaslı kadr kimi çalışdıqları müəssisənin inkişafına dəyərli töhfə verəcəklərinə inandığını söyləyib.

 

Rektor bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar şirkətlər və zavodlar öz işlərini hazırkı vəziyyətə uyğun olaraq, yenidən qurmaq məcburiyyətində qalıblar, bəzi şirkətlər böhran strategiyası əsasında fəaliyyətlərini davam etdirməyə çalışır, postpandemiya dövrü üçün yeni planlar üzərində işləyirlər. Buna baxmayaraq, Bakı Ali Neft Məktəbinin rektorluğunun yerli və transmilli şirkətlərlə səmərəli əməkdaşlığı və təşəbbüsü nəticəsində məzunların müxtəlif müəssisələrdə işlə təminatı məsələsi diqqətdə saxlanılır və hər cür  dəstək göstərilir.

 

Təbrikdə işə qəbul olunmaları münasibətilə məzunlara xoş arzular çatdırılıb, Ali Məktəbdə mənimsədikləri bilikləri müəssisənin inkişafı istiqamətində uğurla tətbiq etmələri tövsiyə olunub.