Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-07 10:28:00
Nüvə aliminin qətlində süni intellektdən istifadə edilib... – Şok iddia    

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandan müavini Əli Fədəvi nüvə alimi Möhsün Fəxrizadənin 11 cangüdəni olmasına baxmayaraq belinə dəyən güllələrin onurğasını dağıtması nəticəsində həlak olduğunu bildirib.

 

AzEdu.az Teleqraf.com-a istinadən xəbər verir ki, qətldən sonra süni intellektdən istifadə edərək öldürmə məsələsi İranın gündəmindədir.

 

İddiaya görə, Fəxrizadənin ölümündə süni intellekdən istifadə edilib.

 

Fədəvi Möhsün Fəxrizadənin öldürülməsi ilə bağlı yeni təfərrüatları açıqlayıb.

 

Sui-qəsdin yol kənarındakı yük maşınına qoyulmuş və elektron sistemlərdən uzaqdan idarə olunan avtomatik silahla həyata keçirildiyini bildirən Fədəvi hadisə yerində heç bir şübhəlinin tapılmadığını söyləyib.

 

O, Fəxrizadənin yanında 11 cangüdən olduğunu və cinayət yerindən 10-15 metr məsafədəki yük maşınının üzərinə quraşdırılmış avtomatik silahdan açılan atəşin belinə dəydiyini və onurğasını qıraraq həyatına son qoyduğunu bildirib. Fədəvi atəş açıldıqdan sonra yük maşınının avtomatik silahı məhv etmək üçün partladığını da iddia edib:

 

“Hadisə yerində kimsə yox idi. Yük maşınının içərisinə qoyulmuş avtomatik silahdan cəmi 13 güllə atıldı. Qalan güllələr mühafizəçilər tərəfindən zərərsizləşdirildi. Yük maşınına yerləşdirilən avtomatik silah ekranda Fəxrizadənin üzünü böyüdən ağıllı peyk sistemi ilə təchiz edilmişdi”.

 

O, Fəxrizadənin bədəninə neçə güllə dəydiyi barədə məlumat verməyib.