Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-04 17:58:00
Repetitorların fəaliyyətinə icazə veriləcək?-Ekspert rəyi

Məlum olduğu kimi ölkədə  koronavirusa yoluxanların sayı kəskin artıb.  Bu da qaydaların yenidən sərtləşdirilməsinə gətirib çıxarır.

Şagird, valideyn, eləcə də müəllimləri narahat edən başlıca məsələ hazırlıq kurslarının, repetitorların fəaliyyəti ilə bağlıdır.

 

Mövzu ilə bağlı Azedu.az-a danışan təhsil eskperti Elçin Əfəndinin sözlərinə görə şagird hazırlığına icazə veriləcək:

“Yəqin ki, dekabrın 14-dən sonra hazırlıqların dayandırılması ilə bağlı qərar veriləcək.  Amma çox da ehtimal olunmur. Ola bilsin ki, repetitorların fəaliyyətinə icazə verilsin. Çünki qarşıdan vacib imtahanlar gəlir, dərslərin onlayn aparılması da effekt vermədiyi üçün IX, X ,XI  sinif şagirdlərinin hazırlıq keçmələrinə  imkan yaradılacaq.

 

Ehtimal var ki, 14 dekabrdan sonra ən azı 2-3 həftəlik qapadılma olsun. Şagirdlərin hazırlığı həmin müddətdə dayandırıla bilər. Əks halda, repetitor fəaliyyətinin dayandırılmasını düşünmürəm”.

 

Qeyd edək ki, koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara tam əməl etməyə çağırırıq.