Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-03 10:57:00
"Rayonumuzdan göz yaşları içində ayrılmışdıq"-Laçınlı müəllimlərin vətən həsrəti

10 noyabrda imzalanan bəyanata əsasən 1 dekabr tarixində Laçın rayonu bir güllə atmadan Azərbaycana geri qaytarıldı.

 

Bu mühüm və tarixi hadisə bütün Azərbaycan xalqının və laçınlıların sevincinə səbəb oldu.

 

Laçının yenidən azad olunmasına sevinən təhsil işçiləri öz təəssüratlarını AzEdu.az-la bölüşərək rayonun gələcək təhsilindən söz açıblar.


Laçın rayon Taxtakörpü kənd tam orta məktəbinin direktoru Şəbnəm Cəbrayı Şəbnəm Cəbrayıl
Laçının Azərbaycan təhsilinə böyük töhfələr verməsindən söz açıb:

 

“Laçın əhalisi məcburi köçkünlüklə bağlı respublikanın 56 bölgəsinə səpələnib.Bu səbəbdən də təhsil müəssisələrimiz bir çox rayon və şəhərlərdə fəaliyyət göstərir. Ölkənin 50 dən çox ərazisində Laçın məktəbləri mövcuddur. Onların əksəriyyəti Bakı, Abşeron və Sumqayıtda yerləşir. Digər məktəblərimiz isə laçınlıların çoxluq təşkil edərək yaşadığı  Ağcabədi rayon Taxtakörpü qəsəbəsində fəaliyyətdədir. İnanıram ki, işğaldan sonra hər bir müəllim və şagird  sevə-sevə öz doğm yurduna qayıdacaq.

 

Şükürlər olsun ki, biz qalib olduq. İllər əvvəl məğlub bir xalqın nümayəndəsi kimi Laçından göz yaşları içində ayrıldıq. O zaman uşaq idik, indi isə qürurlu və qalib olaraq öz doğma Laçınımıza qayıdırıq. Həm də təhsil işçisi olaraq.

 

Laçın hər zaman təhsilə xüsusi önəm verib. Burada çox savadlı ziyalılar yetişib. Onların sırasından cəmiyyətə töhfə verən insanlar olub. Həmin şəxslərdən biri də  nənəm Şəfiqə Baxışova olub. O, 30 il Qadınlar Şurasının sədri kimi çalışıb, eyni zamanda məktəb direktoru da olub. Atam isə Laçında rus dili müəllimi işləyib. İnanıram ki, bizim xarici və öz ölkəmizdə təhsil alan şəxslərimiz də Laçında xidmət etməyə hazır olacaq.

 

Azərbaycanda təhsilin əsas məqsədi öyrətmək deyil, öz məqsədini dərk edən , milli-mənəvi və demokratik prinsiplərə sadiq şəxsiyyət və vətəndaş formalaşdırmaqdır. Elə buna görədir ki, bu gün Qarabağı görməyən və Qarabağlı olmayan şəxslər könüllü hərbi hissələrə yazılaraq öz qanları və canlarını vətən uğrunda fəda etməyə hazır olublar. Düşünürəm ki, bu məqamda təhsil işçilərinə böyük bir yük düşüb.

 

Biz məcburi köçkün rayonun müəllimləriyik və dərs dediyimiz şagirdlər ədalətsiz bir müharibənin qurbanı olaraq dünyaya gəliblər. Onlar məcburi köçkünlüyün yaratdığı çətinliklərə baxmayaraq,  böyüməyə çalışıblar. Bizim elə ziyalılarımız var ki, onlar bunu bacarıblar. Mən Məmməd Məmmədovu və  ADA universitetinin professoru və bir  Gülməmməd Gülməmmədovu misal göstərmək istəyirəm. Onların hər ikisi Laçınlıdır”.

 

Laçın rayonu H.Y.Həsənov adına Mişni kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi  Gülnar İsmayılova Laçının işğaldan azad olunmasını böyük sevinc hissi ilə qarşılayıb:

 

“İnşallah Ağcabədidə yerləşən məktəbimiz Laçında tikiləcək. Valideynim hər zaman söyləyirdi  ki, kəndimizin böyük və adlı-sanlı məktəbi olub. Ümid edirəm ki, Laçında o dəyərlər yenə yaşaracaq. Bizim indi də say-seçmə müəllimlərimiz və savadlı şagirdlərimiz var. Təklifim isə, gənclərə daha çox dəstək verilməsidir, çünki gələcək onların əllərindədir”.

 

Laçın rayon 5 nömrəli tam orta məktəbin Tərbiyə işləri üzrə direktor müavini Qönçə Hüseynli hər bir müəllimin Laçın üçün çalışmalı olduğunu vurğulayıb:

 

“Bu, bütün Azərbcaycan xalqının qələbəsidir. Birinci Qarabağ savaşından öncə də Laçın rayonu təhsil sahəsində öz uğurları ilə seçilirdi. Hazırda  gələcək nəsillərimizi həm Azərbaycan,həm də dünya səviyyəsində hazırlayıb,yetişdirən müəllim ordumuz var. Respublikamızın bütün bölgələrindən savadlı və peşəkar müəllimlərimiz var. Ümid edirəm ki,həmin təhsil işçiləri bizimlə birgə  çiyin-çiyinə və böyük məmnuniyyətlə çalışacaq”.

 

Laçın rayon 5 nomreli tam orta məktəbin Ingilis dili müəllimi Nigar Həsənova Laçın təhsilindən söz açıb:

 

“Laçının  gələcək inkişafını və təhsilini çox gözəl görürəm. İlk olaraq Laçın şəhərində abadlıq və bərpa işləri aparılmalıdır. İnfrastruktur, həmçinin, məktəblərimiz də yeniden bərpa olunmalıdır. Daha sonra isə vətəndaş, müəllim və şagirdlərimiz geri qayıtmalıdır. Həyat gözəl vətənimizdə davam edəcək. Biz müəllimlərdə bu yolda əlimizdən gələni etməliyik”.

 

Bütün laçınlıların gözü aydın olsun!

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları