Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-03 10:45:00
Müharibə dövründə təhsil sahəsində baş verən əsas hadisələr-VACİB MƏQAMLAR

27 sentyabrdan başlayan “Vətən müharibəsi” 10 noyabrda ölkəmizin şanlı qələbəsi ilə başa çatdı. Təəssüflər olsun ki, təcavüzkar Ermənistan bir sıra sahələrə olduğu kimi təhsilə  də ziyan vurmağı bacardı.

 

Bu müddət ərzində tədris ilə bağlı bir çox yeni qərarlar qəbul edildi.

 

AzEdu.az həmin qərarları təqdim edir:

 

Müharibə cəbhəyanı ərazilərdə yerləşən təhsil müəssisələrində tədris prosesinə də öz təsirini göstərib. Belə ki, cəbhə bölgəsində yerləşən 468 məktəbdə hərbi əməliyyatlar səbəbindən həftəlik dərs cədvəllərinə dəyişiklik edilib.

 

Cəbhə bölgəsində olan ümumi təhsil müəssisələri istisna olmaqla digər təhsil müəssisələrimizdə əyani formada dərslər uyğunlaşdırılmış cədvəl üzrə davam etdirilib.

 

Distant (məsafədən) dərslərə gəldikdə isə, ölkə üzrə internetin verilməsində məhdudiyyətlərin tətbiq edilməsi səbəbindən fasilələr yaranıb.

 

Həmin dövrdə şagirdlərin “Mədəniyyət” və “Arb Günəş” televiziya kanalları vasitəsilə yayımlanan və bütün fənləri əhatə edən teledərsləri izləməyi tövsiyə olunub.

Gəncədə baş verən terror aktı nəticəsində yaralananların 10-u məktəbli olub

 

Həmin şəxslər:  Ömər Mehdiyev Gəncə şəhəri 32 nömrəli tam orta məktəbin 2-ci, Səlim Mustafazadə həmin məktəbin 11-ci, Murad Cavadov 3-cü, Dinarə Muradova 2-ci, Rauf Muradov 4-cü, Hüseyn Əliyev 3-cü, Sevinc Rəhimova 6-cı sinif şagirdləridir. Aysu Əliyeva isə Gəncə şəhəri 20 nömrəli tam orta məktəbin 10-cu, Şəfa və Şəmiddin Şirinovlar 25 nömrəli tam orta məktəbin 6-cı və 7-ci sinfində təhsil alırlar.

 

Ermənistan silahlı qüvvələrinin  ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində 50 ümumtəhsil məktəbinə ciddi ziyan dəyib, tədris binaları yararsız hala düşüb.

 

Tərtərdə 14, Ağdamda 14, Gəncədə 8, Füzulidə 5, Kəlbəcər və Goranboyda 3, Yevlax, Bərdə və Ağcabədidə isə 1 məktəb binası dağıntılara məruz qalıb.

 

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 10 məktəblimiz həlak olub, 16 məktəblimiz yaralanıb.

 

Bakıdan cəbhəyə yollanan müəllimlərin sayı açıqlanıb

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübariz ruhla səfərbərliyə qoşulanların içində təhsil işçiləri də var:

 

"Belə ki, BŞTİ-nin ümumi təhsil məktəblərində çalışan müəllimlərdən 95 nəfəri (onlardan 24-ü fənn müəllimi, 71-i isə gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərdir) hərbi mükəlləfiyyətlə bağlı vəzifələri yerinə yetirmək üçün səfərbərlik xidməti orqanları tərəfindən hərbi toplanışlara cəlb edilib”.

 

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları