Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-19 15:19:00
Azərbaycanda yoluxma rekord həddə çatdı - 23 nəfər öldü    

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2597 yeni yoluxma faktı qeydə alınıb, 1354 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 83 994 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 59 465 nəfər müalicə olunaraq sağalıb, 1 053 nəfər vəfat edib, aktiv xəstə sayı 23 476 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 874, ötən müddət ərzində isə ümumilikdə 1 562 442 test aparılıb.