Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-18 10:59:00
“Qarabağda Türkiyə ilə birlikdə ortaq universitet və məktəb yaradılmalıdır” – Prorektordan təklif

 

 

“Müasir  hərbi  texnologiyaların  istehsalı  və  istifadə  qabiliyyətlərini  artırmaq  məqsədi  ilə  Türkiyə,  İsrail  və  digər qabacıl  ölkələrlə  təhsil  əməkdaşlığı  və  birgə  layihələr  icra edilməlidir.”

 

Bu sözləri  AzEdu.az –  a  açıqlamasında  təhsil  eskperti  Elçin Süleymanov qeyd  edib:

 

“Azərbaycan  ordusunun  30  illik  erməni  işğalına  son  qoyması  xalqımızın tarixinə  qızıl  hərflərlə  həkk  olundu.  Başda  Cənab  Ali  Baş  Komandanımız  və  müzəffər ordumuz  olmaqla  bu  zəfərin  banisi  rəhbər, ordu  və  xalq  birliyidir. Həmçinin  qələbəyə  döyüş  ruhu  və  diplomatiyadakı  uğurlarla  yanaşı,  güclü  iqtisadiyyat  və  müasir  texnologiyadan  istifadə  də  çox  böyük  kömək  göstərdi. Eyni  zamanda  bu  qələbədə  başda  qardaş  Türkiyə  olmaqla Pakistan, İran, İsrail  və s. ölkələrin mənəvi  dəstəyi  də  unudulmamalıdır.”

 

Ekspert  elmi  və  hərbi  texnologiyaların  inkişafında  təhsil  əməkdaşlığının  vacibliyini  vurğulayıb:

 

“Bu  qələbədə  elmi  texnogiyalardan  istifadənin  nə  qədər  əhəmiyyətli  olduğuna  şahid  olduğumuzdan, gələcəkdə  bu istiqamətdə  təhsil  və  innovasiya  fəaliyyətlərini  daha  da  intesivləşdirməliyik. Müasir  hərbi  texnologiyaların  istehsalı  və  istifadə  qabliyyətlərini  artırmaq  məqsədi  ilə  Türkiyə,  İsrail  və  digər qabacıl  ölkələrlə  təhsil  əməkdaşlığı  və  birgə  layihələr  icra edilməlidir. Xüsusi   ilə dağıdılmış  ərazilərin  bərpası  və  iqtisadi  inkişafi  üçün  davamlı  və  sürətli  inkişaf  proqramlarını  hazırlayaraq  o  proqram  icraçılarını  qabaqcıl  təhsil  proqramları  ilə  yetişdirməliyik.”

 

O, Türkiyə  ilə  olan  təhsil  əməkdaşlığının  inkişafına  xüsusi  diqqət  çəkib:

 

“Eyni  zamanda  arzu  edirəm  ki,  yaxın  vaxtlarda  Qarabağda  Türkiyə  ilə  birgə  ali  təhsil  müəssisələri, orta  və texniki  ixtisas  təhsili  verən  təhsil  ocaqları   yaradılmalıdır. Bununla  yanaşı  Türkiyə  ilə  hərbi  təhsil  ilə olan  əməkdaşlıq  daha  da  artırılmalıdır.”

 

Qeyd  edək  ki, işğaldan  azad  edilən  ərazilərdə  artıq  yenidənqurma  və  bərpa  işləri  həyata  keçirilməyə  başladı.

 

Qarabağ  Azərbaycandır!