Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-22 15:48:00
Bu  xarici ölkə universitetlərində oxuyan azərbaycanlıların diplomları tanınmayıb - SİYAHI

Təhsil Nazirliyinin yekun hesabatında əcnəbi universitet sənədlərinin tanınması ilə bağlı statistika açıqlanıb. 

AzEdu.az xəbər verir ki, ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən olunması məqsədilə icraata 2574 müraciət qəbul edilib. Onlardan 946-ı Rusiya, 731-i Ukrayna, 307-i Türkiyə, 167-i Gürcüstan, 423-ü isə digər ölkələrin payına düşür. Əvvəlki illərdən icrası başa çatdırılmamış ali təhsil sənədləri də daxil olmaqla, ümumilikdə  3 017 sənədin icrası  başa çatdırılıb. Onlardan 1714-ü müsbət, 1303 təhsil sənədi isə mənfi cavablandırılıb. Rusiyadan olan 547 təhsil sənədi müsbət, 557-i mənfi, Ukraynadan 422-i müsbət, 531-i mənfi, Türkiyədən 293-ü müsbət, 13-ü mənfi, gürcüstandan 50-i müsbət, 156-ı isə müsbət cavablandırılıb. Digər ölkələrdən qəbul olunan sənədlərin isə 4020-nə müsbət rəy verilib. 

Aparılan təhlillərə əsasən icrası imtina ilə yekunlaşan təhsil sənədlərinin əksətiyyəti MDB ölkələri, o cümlədən Ukrayna və Gürcüstan universitetlərinin diplomlarıdır. İmtina səbəblərini təhlil etdikdə isə əksər məzunların tədris normativlərinə düzgün əməl etmədiyi məlum olub. 

Qeyd edək ki, xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınmasına və ekvivantliyin müəyyən olunması dair yeni qaydalar işlənərək rəy verilməsi üçün müvafiq dövlət orqanlarına göndərilib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları