Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-16 09:27:00
UNEC-də onlayn təlimlərə start verilir  

 

Noyabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Pedaqoji fəaliyyətdə müasir tədris üsulları” mövzusunda onlayn təlimlərə start verilir.

 

UNEC–dən AzEdu.az-a verilən məlumata görə, tədbir gənc müəllimlərin tədris bacarıqlarının inkişaf etdirilməsi məqsədilə təşkil olunacaq. Təlimlərdə UNEC-in, eləcə də Zaqatala filialının, universitetin nəzdindəki kolleclərin və digər ali təhsil müəssisələrinin müəllimləri iştirak edə bilərlər. Təlimlər ödənişsizdir.

 

Tədrisin Keyfiyyətinin Qiymətləndirilməsi və İdarəedilməsi Mərkəzinin Keyfiyyətə nəzarət şöbəsinin təşkilatçılığı ilə keçiriləcək 5 günlük təlimlər “Zoom” platforması üzərindən aparılacaq.

 

Təlimlər Azərbaycanın aparıcı mütəxəssisləri, ABŞ və Türkiyə universitetlərinin professorları tərəfindən keçiriləcək.