Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-13 17:05:00
Rektor 680  balla  BANM –a  qəbul  olan  prezident  təqaüdçüsündən yazdı -  Ön  cəbhədə - FOTO

 

 

Bakı  Ali  Neft  Məktəbin  məzunu  Aqil  Ələkbərov  Vətən  Müharibəsində  fəal  iştirak  edir.

 

AzEdu.az   xəbər  verir  ki, bununla  bağlı  BANM  rektoru  Elmar  Qasımov  öz  facebook  hesabında  paylaşım  edərək  məzun  əsgərlə  qürur  duyduğunu  bildirib:

 

“Aqil  Ələkbərov  BANM - ə  680  balla  qəbul  olaraq  Prezident  təqaüdünə layiq  görülüb. Ali  Məktəbimizi  bitirərək Vətən  Müharibəsində qəhrəmancasına  vuruşaraq  Qəhrəman  Əsgər  zirvəsinə  yüksəldi”.

 

Rektor  qəhrəman  əsgərə  ürək  sözlərini  bildirib:

 

“Əziz  tələbəmiz, Qəhrəman  Əsgərimiz  səni  səbirsizliklə  gözləyirik. Əminəm ki, SOCAR - da  da  neftçi  mühəndis  olaraq  arxa  cəbhənin  Qəhrəmanına çevriləcəksən. Necə ki, ön cəbhənin Qəhrəmanı  oldun. Qürurumuzsan, Aqil.”

 

Qeyd  edək  ki, II Qarabağ  Müharibəsi  Qəhrəman  Azərbaycan  ordusunun  tam  qələbəsi  ilə  yekunlaşdı.

 

Qarabağ  Azərbaycandır!