Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-13 13:14:00
Prezident İlham Əliyevin müharibə dövründəki çıxışları kitab halında çap olunacaq  

Azərbaycan Prezidenti İlham Əliyevin müharibə dövründəki çıxışlarının kitab halında çap edilməsi təklif edilib.

 

AzEdu.az-ın məlumatına görə, bu barədə deputat Etibar Əliyev parlamentin bu gün keçirilən iclasında təklif edilib.

 

Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, bununla bağlı Milli Məclisin kitabxanasının təşəbbüsü var. O qeyd edib ki, Prezident İlham Əliyevin müharibə müddətində etdiyi çıxışlar Milli Məclisin kitabxanasının təşəbbüsü ilə hazırlanacaq və çap olunacaq.