Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-12 17:07:00
"Şəhid olan Elvin  Ağstafanın ən gənc  məktəb  direktoru idi" - RTŞ rəhbəri 

Ordumuzun müzəffər qələbəsi ilə başa çatan 44 günlük Vətən Müharibəsi  həm də bir xalq olaraq nə dərəcədə birliyimizi, yumruq kimi birləşmək bacarığımızı bizə göstərdi.  

 

İnsanlar peşəsindən, mövqeyindən, sosial təminatından asılı olmayaraq döyüşlərdə iştirak etmək üçün könüllü olaraq müraciət edir, Vətən üçün savaşmaqdan ötrü can atırdılar. 

 

Döyüşlərə qatılan şəxslər arasında təhsil işçiləri, müəllimlər də olublar.  Sosial şəbəkələrdə haqqında geniş danışılan şəhid məktəb direktoru Elvin İmaməliyev də onlardan biri olub.  Ağstafa şəhər 1 saylı məktəbin direktoru kimi işləmiş E. İmaməliyev ordumuzun müzəffər qələbəsində pay sahiblərindən olub. O, qalibiyyətə aparan döyüşlərin birində şəhidlik adını qazanıb. 

 

“Ağstafa şəhər 1 saylı məktəbin direktoru Elvin İmaməliyev cəbhədə gedən döyüşlər zamanı şəhid olub. O, müharibə günlərində dəstək üçün orduya könüllü qatılıb”.

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında Ağstafa Rayon Təhsil şöbəsinin müdiri Mədəd  Zeynalov bildirib. O, həmçinin şəhid direktorun fəaliyyətindən də danışdı:

 

“Elvin müəllim Fransız dilini tədris edirdi, rayonun ən gənc direktoru olub. Bundan öncə Qırlı kənd tam orta məktəbində fəaliyyət göstərib”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları