Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-06 15:30:00
Kaspi Təhsil Şirkətindən ordumuza dəstək aksiyası davam edir  

Kaspi Təhsil Şirkəti Silahlı Qüvvələrimizin şanlı əsgər və zabitlərinə humanitar yardım aksiyasını davam etdirir.

 

AzEdu.az-ın məlumatına görə, “Əsgərə sovqat” adlı növbəti aksiyada şirkətin əməkdaşları  fəal iştirak edib. Aksiya çərçivəsində toplanan 12 000 (on iki min) manat ianə əsgərlər üçün lazımı sovqatların alınmasına sərf olunub. Yardım paketlərinə isti və xüsusi geyimlər, texniki və gigiyenik vasitələr və s. daxildir. Sovqatlar şirkət əməkdaşlarının vasitəsilə cəbhə bölgəsin

ə göndərilib.

Kaspi Təhsil Şirkəti  eyni zamanda, şəhid ailələrini də diqqətdə saxlayır. Vaxtaşırı şəhid  ailələrinə ziyarətlər təşkil edilir və onlara maddi yardım göstərilir.

 

Şirkətin hər bir əməkdaşı  işğal altında olan torpaqlarımızın azadlığı, Vətənin bütövlüyü uğrunda mübarizə aparan əsgərlərimizə və onların ailələrinə bu istiqamatdə dəstək göstərməyi özünün vətəndaşlıq borcu hesab edir.

 

Xatırladaq ki, ötən həftə  Kaspi Təhsil Şirkətinin Kaspi Liseyinin şagird və valideynlərinin təşəbbüsü ilə də cəbhədə döyüşən əsgərlərimizə dəstək məqsədilə “Məktəbdən səngərə” layihəsi çərçivəsində humanitar aksiya həyata keçirilib.

 

Kaspi Təhsil Şirkəti rəşadətli ordumuzun düşmən işğalında qalan torpaqlarımızı tezliklə azad edəcəyinə inanır.

Qarabağ Azərbaycandır!