Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-05 16:24:00
BMU tələbələri Qarabağ mənzərələrini rəsmə çevirdi    

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və dizayn kafedrasının müəllimi Tünzalə Məmmədzadə yeni layihə üzərində işləyib və bu layihəyə tələbələri cəlb edib.

 

AzEdu.az xəbər verir ki, layihəyə əsasən tələbələr işğaldan azad olunmuş Azərbaycan torpaqlarındakı mənzərələri rəsmə çeviriblər.

 

T.Məmmədzadə bildirib ki, tələbələr qısa müddət ərzində bu sənət əsərlərini yaradıblar. O, qələbə xəbərləri gəldikcə tələbələrin bundan daha da ruhlanaraq yeni rəsmlər çəkəcəklərinə əminliyini ifadə edib.

 

BMU-nun tələbələri Ömər Yusifzadə, Rusif Musayev və Asena Heydərli işğaldan azad olunmuş torpaqlarımız barədə öz fikirlərini bölüşüblər. Vurğulayıblar ki, böyük həvəslə çəkdikləri bu mənzərələri tezliklə öz gözləri ilə görüb tabloya köçürməyi arzu edirlər.