Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-26 15:01:00
Peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi aparılır    

2020/2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində müraciətlərin təhlili prosesi yekunlaşıb.Ə

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, müraciətçilərin nəticələri barədə məlumatlar https://portal.edu.az/ platformasında şəxsi kabinet bölümündə yer alır. Hazırda ixtisas fənn müəllimi və istehsalat təlimi ustası ixtisasları üzrə müraciət edən və ilk mərhələdən uğurla keçən şəxslər müsabiəyə dəvət olunurlar. Bu günədək Bakı şəhəri üzrə yerləşən peşə təhsili müəssisələrində müsahibəyə çıxarılan vakansiyalar üzrə 168 namizədin 293 müraciəti təhlil edilib və 98 namizəd müraicətləri üzrə müsahibədən keçib. Müsahibələrin oktyabrın 30-dək davam etməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, ümumtəhsil fənn müəllimlərinin seçimi müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələrinə əsaslanıb. Müraciət edən şəxslər arasında ən yüksək bal toplayan namizədlərə iş təklifi olunub və digər namizədlər ehtiyat siyahısına daxil edilib.