Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-30 14:00:00
Peşə təhsili üzrə müəllim və istehsalat təlimi ustalarının işə qəbul imtahanı keçirilib
28-29 sentyabr tarixində 2021-2022-ci il tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu üzrə test imtahanları keçirilib. Ümumilikdə iki günü əhatə edən test imtahanı mərhələsinin təşkili İnsan Resursları Mərkəzi tərəfindən həyata keçirilib.
 
 
AzEdu.az xəbər verir ki, test imtahanı mərhələsində namizədlərə 90 dəqiqə ərzində ixtisas, tədris metodikası və məntiq üzrə 60 sual təqdim olunub. İmtahanlarda 941 namizəd iştirak edib.
 
Qeyd edək ki, müsabiqə çərçivəsində respublika üzrə 65 ixtisas fənn müəllimi və 131 istehsalat təlimi ustası vakansiyası elan olunub və ümumilikdə 1301 nəfər elektron ərizə ilə müraciət edib.
 
Müsabiq iştirakçılarına uğurlar arzulayırıq!