Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-26 13:17:00
Terrora qurban gedən şagirdlər, tətillə bağlı narahatlıqlar – Həftənin təhsil icmalı

 

 

 

AzEdu.az ötən həftənin təhsil icmalını təqdim edir:

 

Yola saldığımız həftədə 19-25 oktyabr tarixində  təhsil sahəsində nələrin baş verdiyinə qısa nəzər salaq:

 

Düşmən təcavüzü nəticəsində 8 məktəbli həlak olub, 16 məktəbli yaralanıb. 

 

Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 8 məktəblimiz həlak olub, 16 məktəblimiz yaralanıb.


Bu barədə Təhsil Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Qeyd edilib ki, ümumilikdə 40-a yaxın məktəbə ciddi ziyan dəyib.

 

Dağlıq Qarabağda yerləşən məktəbdənkənar təhsil müəssisələrinin sayı açıqlanıb

 

Düşmən tərəfindən işğal olunan torpaqlarımızda 17 idman, 23 yaradıcılıq profilli olmaqla 40 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərib.

 

Nazirlikdən verilən məlumata görə, Ağdam rayonunda 5, Cəbrayıl rayonunda 5, Füzuli rayonunda 5, Kəlbəcər rayonunda 4, Laçın rayonunda 5, Qubadlı rayonunda 5, Şuşa rayonunda 4, Xocəvənd rayonunda 2, Zəngilan rayonunda isə 5 məktəbdənkənar təhsil müəssisəsi yerləşib.

 

Bütün ölkə ərazisindəki təhsil müəssisələri üçün elan olunan tətil müddəti uzadıla bilər?

 

“Məktəblərin açılması koronavirusa yoluxma sayından asılı olacaq. Bu sistemdə bir çox  qurumlar birlikdə işləyir. Həm Səhiyyə Nazirliyi, həm Təhsil Nazirliyi və digər qurumlar əlaqədədir. Bu qərarlar ümumi məsləhətləşmələrdən sonra verilir”.

 

Bu fikirləri Təhsil Naziri Emin Əmrullayev “Xəzər xəbər”də çıxışı zamanı bildirib.

 

O, koronavirusun sürətlə yayıldığı bu günlərdə distant təhsilin yeganə çıxış yolu olduğunu qeyd edib.

 

Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti təxirə salınıb

 

“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər” barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2 noyabr 2020-ci il tarixinədək bütün təhsil müəssisələrində əlavə tətil günlərinin müəyyən edilməsi nəzərə alınaraq, yerdəyişmə prosesinin həyata keçirilməsi müvəqqəti təxirə salınır.

 

Abituriyentlərin kolleclərə qeydiyyatı başlayır

 

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olunan abituriyentlər oktyabrın 21-dən 26-dək qeydiyyatdan keçməlidirlər.

 

DİM-dən verilən məlumata görə, abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı onlayn qaydada həyata keçiriləcək. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

 

Ali məktəblərdə bu il təhsil haqqı azaldılacaq?

 

"Ödənişli əsaslarla təhsil alan tələbələrimiz bəzi imtiyazlara görə təhsil haqqından azad idilər. Onların ödənişini dövlət universitetlərə ödəyirdi. Ali təhsil müəssisələri təsərrüfat hesablıdır. Özləri özlərini maliyələşdirirlər".


Bu sözləri təhsil eksperti, təlimçi-müəllim  Elnur Hacıyev deyib:

 

"Ödənişli əsaslarla təhsil alan tələbələrimiz bəzi imtiyazlara görə təhsil haqqından azad idilər. Onların ödənişini dövlət universitetlərə ödəyirdi. Ali təhsil müəssisələri təsərrüfat hesablıdır. Özləri özlərini maliyələşdirirlər".


Ailəsi aşağıda qeyd edilən qruplardan hər hansı birinə aid olan tələbələr təhsil haqqından azad ediləcək:

 

1.Ünvanlı dövlət sosial yardımı alanlar;

 

2.Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

 

2.1. I və II dərəcə əlilliyi olan şəxslər;

 

2.2. işsiz kimi qeydiyyatda olanlar;

 

2.3. yaşa görə əmək pensiyaçıları;

 

2.4. yaşa görə sosial müavinət alanlar.

 

3.Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsil müəssisələri (tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq) tərəfindən təqdim edilən məlumatlar əsasında normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələri Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə müəyyən edərək bu Qərarın icrasını təmin edəcək.

 

4.Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin təqdim etdiyi sifarişlərə uyğun olaraq maliyyələşməni təmin edəcək.

 

Azərbaycanın hər bir məktəbində təhsil bərpa olunacaq

 

Emin Əmrullayev: “Ərazilərin işğaldan azad olunması təhsil sistemi üçün də yeni imkanlar açır”

 

Məlum olduğu kimi, yeni tədris ilinin başlanması dünyanın bir sıra ölkələrində pandemiyanın yeni yoluxma hallarının sürətlə yayılması ilə müşayiət olunmaqdadır. Təhsil prosesinin bütün iştirakçıları üçün ciddi fəsadları nəzərə alınaraq hökumətlər tərəfindən virusun yeni dalğasının qarşısını almaq məqsədilə bir sıra təxirəsalınmaz tədbirlər görülməkdədir. Ölkəmizdə də pandemiyaya yeni yoluxma hallarının sürətlə artaraq 500-ü keçməsi ilə əlaqədar Nazirlər Kabineti tərəfindən ölkəmizin ümumtəhsil sistemində tətil elan olunması ilə bağlı qərar qəbul olunub.  Oktyabrın 16-da Nazirlər Kabineti yanında Operativ Qərargahda Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən brifinqdə ölkəmizin ümumi təhsil sistemində yaranmış vəziyyətlə bağlı məsələlərə aydınlıq gətirilib. 

 

Təhsil naziri erməni terrorunun qurbanları olan şagirdlərdən yazıb

 

Təhsil naziri Emin Əmrullayev Ermənistanın müharibə cinayəti nəticəsində daha iki şagirdin vəfat etdiyini açıqlayıb.

 

E.Əmrullayev bildirib ki, bu gün daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı oldu: “İsmayılzadə Orxan Rəhbər oğlu və Mayakov Artur Vladimir oğlu. 

 

Tərtər rayonu Xoruzlu kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Orxan oktyabrın 24-ü səhər saatlarında Ermənistanın silahlı qüvvələri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində həlak olub. 

 

İşğaldan azad edilmiş torpaqlarda yeni tədqiqat işlərinə başlanılır 

 

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və digər qurumlarla birlikdə “Qırmızı kitab”ın üçüncü nəşrinin hazırlanmasına başlayıb”. 

 

Bunu Beynəlxalq bitki sağlamlığı ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda keçirilən regional videokonfransda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları