Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-22 10:59:00
Gəncə terroru olmasaydı... - FOTO

Ermənilərin oktyabrın 17-də gecə radələrində Gəncəni atəşə tutması nəticəsində ortaya çıxan dəhşətli mənzərə fərqli formada təqdim olunub.

 

AzEdu.az Qafqazinfo-ya istinadən bildirir ki, karikatura ustası Elmail Qulami qətliam qurbanları və terrordan əziyyət çəkən vətəndaşların fotolarının illüstrasiyasını hazırlayıb.

 

Fotolarda dayısının qucağında torpağa tapşırılan 10 aylıq Narin, yuxuda olarkən öldürülən 1 yaşlı Mədinə, övladını deyil, onun fotosunu tapan çarəsiz ata,  5 ailə üzvünü itirən Teymur Əsgərov və yaxınının tabutu üzərində ah-nalə edən yaşlı xanım əks olunub. Əgər Gəncə qətliamı olmasaydı, onların hər biri həyatına davam edəcəkdi...