Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-20 09:37:34
Qəbul imtahanlarının ikinci mərhələsinə qeydiyyat bu gün BAŞA ÇATIR

Ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsində iştirak etmək istəyən abituriyentlər üçün mayın 17-dən başlayan  qeydiyyat bu gün yekunlaşacaq. 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, bu saata qədər 58134  nəfər qeydiyyatdan keçərək ərizəsini təsdiq edib. Onlardan 53404 nəfəri Azərbaycan, 4730  nəfəri isə rus bölməsinin şagirdləridir. Abituriyentlərin ən çox müraciət etdikləri qruplar I və III ixtisas qruplarıdır. I  ixtisas qrupu üzrə 21704,  II ixtisas qrupu üzrə 14952, III ixtisas qrupu üzrə 16881, IV ixtisas qrupu üzrə isə 4597 abituriyent qeydiyyatdan keçib.

Yaz qəbul imtahanlarına isə ümumilikdə 69698 nəfər qeydiyyatdan keçmişdi. Onlardan 63818 nəfəri Azərbaycan, 5880 nəfəri rus bölməsinin şagirdləri olub.

Xatırladaq  ki, Dövlət İmtahan Mərkəzi  I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsini  keçirəcək. V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq. Qeydiyyat prosesi iyun ayının 20-də başa çatacaq və elektron ərizəsini təsdiq etməyən abituriyentlər imtahana buraxılmayacaqlar.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları