Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-18 16:22:00
Qəbul imtahanlarına qeydiyyatın bitməsinə az qaldı  - Abituriyentlərin nəzərinə!

 

Ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsində iştirak etmək istəyən abituriyentlər üçün mayın 17-dən başlayan  qeydiyyatın bitməsinə 2 gün qalıb.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, bu saata qədər 57785  nəfər qeydiyyatdan keçərək ərizəsini təsdiq edib. Onlardan 53089 nəfəri Azərbaycan, 4696  nəfəri isə rus bölməsinin şagirdləridir. Abituriyentlərin ən çox müraciət etdikləri qruplar I və III ixtisas qruplarıdır. I  ixtisas qrupu üzrə 21533,  II ixtisas qrupu üzrə 14868  III ixtisas qrupu üzrə 16809 , IV ixtisas qrupu üzrə isə 4575 abituriyent qeydiyyatdan keçib.

Xatırladaq  ki, Dövlət İmtahan Mərkəzi  I və IV ixtisas qrupları üzrə iyulun 18-də, II və III ixtisas qrupları üzrə iyulun 26-da ali məktəblərə qəbul imtahanlarının ikinci mərhələsini  keçirəcək. V ixtisas qrupu üzrə əvvəlki illərin məzunları üçün qəbul imtahanı iyulun 10-da olacaq. Qeydiyyat prosesi iyun ayının 20-də başa çatacaq və elektron ərizəsini təsdiq etməyən abituriyentlər imtahana buraxılmayacaqlar.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları