Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-08 14:21:00
Ağdamda mərminin dağıtdığı məktəblərin direktorları AzEdu.az-a danışdılar – Təfərrüatlar

 Bu gün səhər saatlarında Ağdam rayonu erməni təxribatı nəticəsində top mərmisinə  tutulub. Nəticədə bölgənin iki məktəbinə əsaslı şəkildə ziyan dəyib.

 

Həmin məktəblərin direktorları AzEdu.az-a açıqlamasında hadisə barədə ətraflı məlumat veriblər. Ağdam rayon Hacısaylı kənd tam orta məktəbinin direktoru Pərviz Aslanov hadisənin təfərrüatlarından söz açıb:

 

“Hadisə bu gün səhər saat 06:00 və 07:00 arasında baş verib. Məktəbin yaxın ərazisinə top mərmisi düşüb. Bu da öz növbəsində təhsil müəssisəmizə ziyan vurub. Şüşə və pəncərələr qırılıb, dam örtüyü yararsız hala düşüb. Divarlarımız isə mərmi parçalarının zərbərinə məruz qalıb. Məktəbdə yalnız gözətçi olub və ona heç bir zərər dəyməyib. Binada əyani tədrisin bərpa edilməsi üçün əsaslı təmirə ehtiyac var”.

 

Ağdam rayon Sarıcalı 1 orta məktəbinin direktoru  Aybəniz Məhərrəmova hadisənin təfərrüatlarından söz açıb:

 

“Hadisə  bu gün təxminən səhər saat 08:30 radələrində baş verib.  Top mərmisi məktəbə yaxın olan qonşu  həyətə düşüb. Təsir nəticəsində təhsil müəssisəmizin həyətində olan yardımçı bina dağılıb, pəncərə və şüşələrimiz sınıb. Hazırda məktəbdə olmadığım üçün hadisələrdən tam şəkildə hali deyiləm”.

 

Ordumuza uğurlar arzu edirik!

Şükufə Süleymanlı
Müəllifin digər yazıları