Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-05 16:04:00
Qubada 850 şagird yerlik yeni məktəb binası tikilir - FOTO

Quba rayonunun Zərdabi qəsəbəsində inşa olunan 850 şagird yerlik yeni məktəb binasının tikintisi davam etdirilir.

 

AzEdu.az xəbər verir ki, Bayram Şixəmirov adına tam orta məktəb üçün tikilən yeni bina üçmərtəbəlidir.

 

Hazırda təhsil ocağının binasında hörgü və suvaq işləri aparılır. Beş korpusdan ibarət məktəbdə sinif, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, laboratoriyalar, idman, akt, oxu zalları, kitabxana və yeməkxana olacaq.

 

İş icraçısı Afiq İbişov bildirib ki, təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək.

 

Zərdabi qəsəbə Bayram Şixəmirov adına tam orta məktəbin köhnə binası 45 il öncə istifadəyə verilib. Bina istismar müddətini başa vurduğundan yenisi ilə əvəz olunmasına ehtiyac yaranmışdı. (Azərtac)