Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-28 12:56:00
Müdafiə Nazirliyi Ermənistanın itkilərini açıqladı

"Əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədi ilə əks-hücum əməliyyatı davam etdirilir".

 

AzEdu.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib. 

 

Onun sözlərinə görə, artıq Talış kəndi ətrafında bir neçə yüksəklik işğalçı qüvvələrdən təmzilənib: "Həmişə olduğu kimi, Ermənistan itkilərinin sayını gizlədir. Düşmənin 24 tank və zirehli texnikası, 18 PUA, 8 artilleriya quğusu məhv edilib, 550-dən artıq itkisi var".