Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-28 12:45:00
Tərtərdə təcili tibbi yardım maşını vuruldu - Fotolar

Tərtər rayonunda təcili tibbi yardım avtomobili vurulub.

 

AzEdu.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, avtomobilin sürücüsü, 1968-ci il təvəllüdlü Əsədov Qənbər Əsgər oğlu ağır yaralanıb.

 

Təcili tibbi yardım maşını rayonun "Bazar" deyilən ərazisinə atılan atəş nəticəsində vurulub. Daha sonra sürücü maşını irəliyə sürmək istəyən zaman ağaca çırpılıb.