Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-15 14:30:00
Ali təhsil müəssisələrinə ixtisas seçimi davam edir

I qrup üzrə 15373, II qrup üzrə 7682, III qrup üzrə 17964, IV qrup üzrə 3757 abituriyent olmaqla ümumilikdə 44776 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a verilən məlumata görə, sentyabrın 15-i saat 14:55-ə olan məlumata əsasən, I ixtisas qrupu üzrə 8805, II ixtisas qrupu üzrə 6313, III ixtisas qrupu üzrə 9037, IV ixtisas qrupları üzrə isə 2202 olmaqla ümumilikdə 26357 elektron ərizə təsdiq olunub.

 

V ixtisas qrupu üzrə qabiliyyət imtahanları davam edir və hələlik 10679 ərizə təsdiq olunub. Qabiliyyət imtahanları sentyabrın 18-dək davam edəcək. Qabiliyyət imtahanlarının nəticələri imtahan verilən günün sonunda sistemə daxil edilir və abituriyentlər ixtisas seçimi edə bilirlər.

 

İxtisas seçimi sentyabrın 20-si saat 23:59-dək davam edəcək.

 

Abituriyentlərin (subbakalavrların) nəzərinə çatdırılır ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş şəxslər iştirak edə biləcəklər.

 

Qeyd edək ki, müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. “Məsləhət mərkəzləri” haqqında ətraflı məlumatla aşağıdakı linklərdən tanış ola bilərsiniz:

 

Ali təhsil müəssisələri və DİM-in regional bölmələri;

 

Rayon və şəhərlər üzrə səyyar Məsləhət Mərkəzləri.