Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-15 14:50:00
Milli Məclisdə orta məktəblər üçün “Yaşıl bilik” adlı proqramın hazırlanması təklif edildi

Sentyabrın 15-də  Milli Məclisin Təbii ehtiyatlar, energetika  və ekologiya  komitəsinin 2020-ci ilin payız  sessiyasında  ilk iclası  keçirilib.

 

AzEdu.az-nın məlumatına görə, komitənin  toplantısında  cari məsələlər  barədə geniş fikir  mübadiləsi aparılıb.

 

Deputatlardan Asim  Mollazadə, Afət  Həsənova,  İltimas Yusifov,  Fatma Yıldırım,  Nəsib Məhəməliyev,  Məşhur Məmmədov, Naqif Həmzəyev, komitənin eksperti Şamil Hüseynov neft  istehsalı və emalı  zamanı  yaranan  qrunt  sularına texnoloji  proseslərə uyğun şəkildə  nəzarət  olunması, bölgələrdə ekoloji  tarazlığın pozulmasına  gətirib çıxaran  məişət  tullantılarının təkrar emalı prosesində sahibkarların və vətəndaşların məsuliyyətinin artırılması,  məktəblilər  arasında  ətraf  mühitə  münasibətin daha  da  yaxşılaşdırılması  üçün Təhsil Nazirliyi ilə birlikdə  orta məktəblər üçün “Yaşıl  bilik”  adlı  proqramın işlənib hazırlanması, su və  təbii qaz  təchizatı ilə bağlı mövcud problemlərlə bağlı fikirlərini bildirdilər, faydalı təkliflər  səsləndirdilər.