Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-13 15:20:00
Sonuncu TYS imtahanının vaxtı açıqlanıb

Yunus Əmrə İnstitutu 2018-ci ilin sonuncu TYS (Türkcə Yetərlik Sınavı) imtahanını keçirəcək.

AzEdu.az xəbər verir ki, imtahan iyulun 28-də baş tutacaq.

Qeydiyyat tarixləri isə 18 iyun-13 iyuldur.

Nəticələrin isə avqustun 10-da açıqlanacağı bildirilib.

Qeyd edək ki, TYS imtahanları il ərzində 3 dəfə keçirilir.