Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-14 14:00:00
DİM bu ixtisas qrupları üzrə abituriyentlərin suallarını cavablayacaq – CANLI YAYIM

Bu gün saat 15:00-da Dövlət İmtahan Mərkəzinin “Facebook” səhifəsi vasitəsilə ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün I və IV ixtisas qrupları üzrə ixtisas seçimi ilə əlaqədar canlı yayım ediləcək.

 

AzEdu.az-ın məlumatına görə, canlı yayımda Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ixtisas seçimi ilə bağlı geniş məlumat verəcək, abituriyentləri və onların valideynlərini maraqlandıran sualları cavablandıracaq.

 

Canlı yayım zamanı sizi maraqlandıran sualları müvafiq postun altına yaza bilərsiniz.

 

Sualınıza dolğun cavab tapmaq istəyirsinizsə, onu tam aydın və dəqiq ifadə etməlisiniz.