Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-12 14:34:00
Qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərlə görüş keçirilib

Cəbrayıl Rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinə 2020-2021-ci tədris ili üzrə keçirilmiş qəbul imtahanlarında bütün qruplar üzrə yüksək bal toplamış abituriyentlərlə videokonfrans formatında görüş keçirdik.

 

AzEdu.az xəbər verir ki, uğurlu nəticə əldə edən abituriyentlərimizi, onların valideynlərini, müəllimlərini təbrik edərək, gənclərimizə gələcək həyatlarında daha böyük uğurlar dilədik. Onlara ölkəmizdə cənab Prezident tərəfindən uğurla həyata keçirilən gənclər siyasətinin aktiv iştirakçısı olmağı və ölkəmizin inkişafı, parlaq gələcəyi naminə əzmkarlıqla çalışmağı dilədik. Bu kimi gənclərimizin uğurları rayonumuz, ümumilikdə ölkəmiz üçün qürurverici haldır. Məhz bu cür gənclərimizin sayəsində böyük uğurlar və nəaliyyətlər əldə edəcəyimizə inamımız böyükdür.

 

Qeyd edək ki, Cəbrayıl Rayon Təhsil şöbəsinin müdiri Zamiq Qurbanovun da qatıldığı görüşdə yüksək bal toplamış abituriyentlərimizdən Alışzadə Röyalə (C.Əhmədov adına şəhər tam orta məktəbi 664,2), Səmədov Rahil ( İ.Quliyev ad. Böyük Mərcanlı kənd tam orta məktəb 606), Alıyeva Afaq (Akad. M. Mehdizadə adına şəhər tam orta məktəbi 617.9),
Yusifli Səma (Akad. M. Mehdizadə adına şəhər tam orta məktəbi 654.4),
Əzizli Aynur (Ə.Veysəlov adına Sirik kənd tam orta məktəbi 660),
Rzayev Bəhruz (Ə.Veysəlov adına Sirik kənd tam orta məktəbi 640),
Süleymanov Elmar ( Ə.Veysəlov adına Sirik kənd tam orta məktəbi 638),
Əsgərli Elmxan ( Ə.Veysəlov adına Sirik kənd tam orta məktəbi 611) və digərləri iştirak etdilər.