Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-13 11:00:00
İkinci yarımil üzrə qiymətləndirmə yekunlaşıb  

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ikinci yarımili üzrə böyük summativ qiymətləndirmə başa çatıb.

BŞTİ-dən AzEdu.az-a bildiriblər ki, böyük summativ qiymətləndirmə müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaq məqsədi daşıyır.

Qiymətləndirmə vasitələri ümumtəhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanıb.

Böyük summativ qiymətləndirmə müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllimlər tərəfindən aparılıb.

Qeyd edək ki, böyük summativ qiymətləndirmənin nəticələri şagirdin illik qiymətlərinin hesablanması zamanı nəzərə alınır.