Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-31 12:00:00
Kurikulum sistemi ləğv oluna bilər?-Təhsil nazirindən cavab  

 

 

“Biri var islahat, biri də var islahatın kommunikasiya olunması-qavranması... “Kurikulum”  sözünün mahiyyətini hələ tam başa düşə bilməmişik. Kurikuluma 70-80 il əvvəl “müfrədat” demişik, indi isə “məzmun” deyirik. Əgər  “Kurikulumu ləğv edək” deyə müraciətlər gəlirsə, burada kommunikasiya problemimizin  olduğu üzə çıxır. Təhsilin məzmunu necə ləğv oluna bilər?! Problem kurikulumda deyil, o  insanlara izah olunmalıdır”.

 

AzEdu.az-ın məlumatına əsasən, Təhsil Naziri Emin Əmrullayev bunu Real Tv-yə müsahibəsi zamanı səsləndirib:

 

“İnsan oxuduğunu başa düşürsə, bu, böyük işdir. Oxuduğunu anlayıb, mövqe bildirirsə, bu daha yaxşı işdir. Təhsilli olmaq öz-özünə baş vermir. Bunun üçün saatlarla masa arxasında əyləşib çalışmaq lazımdır. Bir, iki və üç  saat bütün uşaqlar oxuya bilər. Gündə 6 saatdan artıq oxumağa, öyrənməyə vaxt sərf etmək çox vacibdir ki, bacarıqlı vətəndaş yetişdirə bilək”. 

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları