Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-27 18:19:00
Şagirdlərin hərarətinin ölçülməsinə, sosial məsafənin qorunmasına nəzarət ediləcək

“Məktəblər açılanda “Məktəblinin dostu” layihəsinin iştirakçıları uşaqların hərarətinin ölçülməsinə, sosial məsafənin qorunmasına nəzarət edəcəklər”.

 

AzEdu.az xəbər verir ki, bunu bu gün COVİD-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil nazirinin müşaviri Rüstəm Ağayev bildirib.

 

R. Ağayev deyib ki, “Məktəblinin dostu” dərslər qurtaranda şagirdlərin sıxlıq yaranmadan çıxmasına da nəzarət edəcək: “Hansısa sinifdə, yaxud məktəbdə kütləvi yoluxma olsa, o sinfi, yaxud məktəbi bağlayacağıq. “Məktəblinin dostu” bu məsələdə bizə kömək edəcək”.

 

Apa